Odda bişən şeyləri yedikdən sonra dəstəmaz almamağın icazəli olması
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا الزُّهْرِيُّ ، قَالَ : حَضَرْتُ عَشَاءَ الْوَلِيدِ أَوْ عَبْدِ الْمَلِكِ , فَلَمَّا حَضَرَتِ الصَّلاَةُ قُمْتُ ، لأَتَوَضَّأَ ، فَقَالَ جَعْفَرُ بْنُ عَمْرِو بْنِ أُمَيَّةَ : أَشْهَدُ عَلَى أَبِي , أَنَّهُ شَهِدَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَنَّهُ أَكَلَ طَعَامًا ، مِمَّا غَيَّرَتِ النَّارُ ، ثُمَّ صَلَّى ، وَلَمْ يَتَوَضَّأْ. وَقَالَ عَلِيُّ بْنُ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ : وَأَنَا أَشْهَدُ عَلَى أَبِي بِمِثْلِ ذَلِكَ.
“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Mən Vəlidin və ya Abdul-Məlikin axşam yeməyində iştirak edirdim. Namazın vaxtı gəldikdə dəstəmaz almaq üçün qalxdım. Sonra Cəfər ibn Amr ibn Umeyyə dedi: “Mən şahidlik edirəm ki, atam Allah Elçisinin ﷺ odda bişmiş yemək yedikdən sonra dəstəmaz almadan namaz qıldığına şahidlik etmişdir”. Əli ibn Abdullah ibn Abbas dedi: “Mən də atamın belə dediyinə şahidlik edirəm”.”
İstinad
İbn Məcə, 490 (Təharət, 224)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri