Təmizlənmə və onun sünnələri

Odda bişən şeyləri yedikdən sonra dəstəmaz almamağın icazəli olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ بُشَيْرِ بْنِ يَسَارٍ ، أَخْبَرَنَا سُوَيْدُ بْنُ النُّعْمَانِ الأَنْصَارِيُّ , أَنَّهُمْ خَرَجُوا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى خَيْبَرَ ، حَتَّى إِذَا كَانُوا بِالصَّهْبَاءِ ، صَلَّى الْعَصْرَ ، ثُمَّ دَعَا بِأَطْعِمَةٍ ، فَلَمْ يُؤْتَ إِلاَّ بِسَوِيقٍ ، فَأَكَلُوا وَشَرِبُوا ، ثُمَّ دَعَا بِمَاءٍ ، فَمَضْمَضَ فَاهُ ، ثُمَّ قَامَ ، فَصَلَّى بِنَا الْمَغْرِبَ.

“Rəvayət edilir ki, Suveyd ibn Numən əl-Ənsari ﵁ Allah Elçisi ﷺ ilə birlikdə Xeybərə doğru səfərə çıxdı. Onlar “əs-Sahbə” deyilən yerə çatdıqda Əsr namazını qıldılar. Sonra Peyğəmbər ﷺ yemək gətirilməsini istədi. Ona arpa sıyığı gətirdilər, o da ondan yedi və sudan içdi. Sonra su istədi və su ilə ağzını yaxaladı. Sonra qalxıb bizimlə Məğrib namazını qıldı”.”

Suveyd ibn Numən əl-Ənsari
Səhih

İstinad

İbn Məcə, 492 (Təharət, 226)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri