Təmizlənmə və onun sünnələri

Yalnız (ön və arxadan) nəsə çıxdıqda dəstəmaz almaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ , وَعَبَّادِ بْنِ تَمِيمٍ ، عَنْ عَمِّهِ , قَالَ : شُكِيَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الرَّجُلُ يَجِدُ الشَّيْءَ فِي الصَّلاَةِ ، فَقَالَ : لاَ ، حَتَّى يَجِدَ رِيحًا ، أَوْ يَسْمَعَ صَوْتًا.

“Abbad ibn Təmim əmisinin ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kişi namazda bədənindən nəyinsə ifraz olunduğu haqda Peyğəmbərə ﷺ şikayət etdikdə o dedi: “Sənin dəstəmazın qoxu hiss etmədikcə və ya səs eşitmədikcə pozulmaz”.”

Abbad ibn Təmim əmisindən
Səhih

İstinad

İbn Məcə, 513 (Təharət, 247)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri