Sidik dəyən torpaq necə yuyulur?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : دَخَلَ أَعْرَابِيٌّ الْمَسْجِدَ ، وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَالِسٌ ، فَقَالَ : اللَّهُمَّ اغْفِرْ لِي وَلِمُحَمَّدٍ , وَلاَ تَغْفِرْ لأَحَدٍ مَعَنَا ، فَضَحِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَقَالَ : لَقَدِ احْتَظَرْتَ وَاسِعًا , ثُمَّ وَلَّى ، حَتَّى إِذَا كَانَ فِي نَاحِيَةِ الْمَسْجِدِ ، فَشَجَ يَبُولُ ، فَقَالَ الأَعْرَابِيُّ بَعْدَ أَنْ فَقِهَ : فَقَامَ إِلَيَّ بِأَبِي وَأُمِّي ، فَلَمْ يُؤَنِّبْ ، وَلَمْ يَسُبَّ ، فَقَالَ : إِنَّ هَذَا الْمَسْجِدَ لاَ يُبَالُ فِيهِ ، إِنَّمَا بُنِيَ لِذِكْرِ اللهِ وَلِلصَّلاَةِ ، ثُمَّ أَمَرَ بِسَجْلٍ مِنْ مَاءٍ ، فَأُفْرِغَ عَلَى بَوْلِهِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi məscidə daxil oldu. Allah Elçisi ﷺ də orada oturmuşdu. Bədəvi dedi: “Allahım, məni və Muhəmmədi bağışla, bizdən başqa heç kimi bağışlama!” Allah Elçisi ﷺ güldü və dedi: “Sən geniş olanı daraltdın”. Həmin adam çıxıb gedərkən şalvarını açıb məscidin bir kənarına sidik buraxmağa başladı. Bədəvi işini bitirdikdən sonra dedi: “Atam-anam sənə fəda olsun!” Allah Elçisi ﷺ onu danlayıb söymədi və dedi: “Həqiqətən, bu məscid sidik ifraz edilən yer deyil. Bura Allahın zikr edilməsi və namaz qılınması üçün tikilmişdir”. Sonra bir qab su gətirməyi əmr etdi və suyu onun sidiyi olan yerə tökdü”.”
İstinad
İbn Məcə, 529 (Təharət, 263)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri