Təmizlənmə və onun sünnələri

Torpağın bir qismi digər hissəsini təmizləyir

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُمَارَةَ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ التَّيْمِيِّ ، عَنْ أُمِّ وَلَدٍ لِعَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، أَنَّهَا سَأَلَتْ أُمَّ سَلَمَةَ , زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَتْ : إِنِّي امْرَأَةٌ أُطِيلُ ذَيْلِي ، فَأَمْشِي فِي الْمَكَانِ الْقَذِرِ ، فَقَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يُطَهِّرُهُ مَا بَعْدَهُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Aufun ﵁ uşaqlarından birinin anası Peyğəmbərin ﷺ zövcəsi olan Ummu Sələmədən soruşdu: “Mən uzun ətəkli paltar geyinən qadınlardanam və hərdən natəmiz yerlərdən keçirəm”. Ummu Sələmə dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Ondan sonra gələn (paltarın sürtüldüyü pak torpaq) onu təmizləyir”.”

Abdur-Rahmən ibn Aufun uşaqlarından birinin anası
Səhih

İstinad

İbn Məcə, 531 (Təharət, 265)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri