Təmizlənmə və onun sünnələri

Paltara dəyən (qurumuş) mənini sürtüb təmizləmək

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ ، قَالَ : نَزَلَ بِعَائِشَةَ ضَيْفٌ ، فَأَمَرَتْ لَهُ بِمِلْحَفَةٍ لَهَا صَفْرَاءَ ، فَاحْتَلَمَ فِيهَا ، فَاسْتَحْيَا أَنْ يُرْسِلَ بِهَا , وَفِيهَا أَثَرُ الاِحْتِلاَمِ ، فَغَمَسَهَا فِي الْمَاءِ ، ثُمَّ أَرْسَلَ بِهَا ، فَقَالَتْ عَائِشَةُ : لِمَ أَفْسَدَ عَلَيْنَا ثَوْبَنَا ؟ إِنَّمَا كَانَ يَكْفِيهِ أَنْ يَفْرُكَهُ بِإِصْبَعِهِ ، رُبَّمَا فَرَكْتُهُ مِنْ ثَوْبِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِإِصْبَعِي.

“Rəvayət edilir ki, Həmməm ibn əl-Haris ﵀ demişdir: “Bir nəfər Aişənin qonağı olmuşdu. Aişə ona sarı bir ədyal verilməsini əmr etmişdi. Həmin adam gecə vaxtı ihtilam (pollusiya) oldu. Həmin adam ihtilamın izi olduğu üçün ədyalı Aişəyə göndərməyə utandı. Ona görə ədyalı su ilə yuyub göndərdi. Aişə dedi: “O, ədyalı nəyə görə yuyub? Barmağı ilə həmin yeri ovuşdurması kifayət edərdi. Mən çox vaxt Allah Elçisinin ﷺ paltarına bulaşan mənini barmağımla sürtüşdürüb təmizləyərdim”.”

Həmməm ibn əl-Haris
Səhih

İstinad

İbn Məcə, 538 (Təharət, 272)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri