Xuflar üzərinə məsh çəkmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ ، قَالَ : بَالَ جَرِيرُ بْنُ عَبْدِ اللهِ ، ثُمَّ تَوَضَّأَ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ , فَقِيلَ لَهُ : أَتَفْعَلُ هَذَا ؟ قَالَ : وَمَا يَمْنَعُنِي ؟ وَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَفْعَلُهُ. قَالَ إِبْرَاهِيمُ : كَانَ يُعْجِبُهُمْ حَدِيثُ جَرِيرٍ ، لأَنَّ إِسْلاَمَهُ كَانَ بَعْدَ نُزُولِ الْمَائِدَةِ.
“Rəvayət edilir ki, Həmməm ibn əl-Haris ﵀ demişdir: “Cərir ibn Abdullah kiçik subaşına çıxdı, sonra dəstəmaz aldı və xuflarına məsh çəkdi. Ona deyildi: “Nəyə görə belə etdin?” O dedi: “Bunu etməyə mane olan bir şey yoxdur. Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”. Ravi İbrahim deyir: “Cəririn danışdığı hədis onlara xoş gəlirdi, çünki Cərir “əl-Maidə” surəsinin nazil olmasından (dəstəmaz ayəsindən) sonra İslama gəlmişdi”.”
İstinad
İbn Məcə, 543 (Təharət, 277)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri