Təmizlənmə və onun sünnələri

Müddətsiz məsh çəkmək haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُوسُفَ السُّلَمِيُّ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنِ الْحَكَمِ بْنِ عَبْدِ اللهِ الْبَلَوِيِّ ، عَنْ عُليِّ بْنِ رَبَاحٍ اللَّخْمِيِّ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ ، أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ مِنْ مِصْرَ , فَقَالَ : مُنْذُ كَمْ لَمْ تَنْزِعْ خُفَّيْكَ ؟ قَالَ : مِنَ الْجُمُعَةِ إِلَى الْجُمُعَةِ ، قَالَ : أَصَبْتَ السُّنَّةَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ Misirdən Ömər ibn əl-Xattabın yanına gəldikdə Ömər dedi: “Xuflarını nə vaxtdan çıxarmırsan?” O dedi: “Cümədən cüməyə qədər”. Ömər dedi: “Sən sünnəyə tabe olmusan”.”

Uqbə ibn Amir əl-Cuhəni
Səhih

İstinad

İbn Məcə, 558 (Təharət, 292)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri