Cənabət qüslu haqda
حَدَّثَنَا أَبُو بَكْرِ بِنُ أَبِي شَيْبَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، سَأَلَهُ رَجُلٌ : كَمْ أُفِيضُ عَلَى رَأْسِي ، وَأَنَا جُنُبٌ ؟ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَحْثُو عَلَى رَأْسِهِ ثَلاَثَ حَثَيَاتٍ , قَالَ الرَّجُلُ : إِنَّ شَعْرِي طَوِيلٌ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَكْثَرَ شَعْرًا مِنْكَ ، وَأَطْيَبَ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi ondan soruşdu: “Cənabət halında olanda başıma nə qədər su töküm?” Əbu Hureyra dedi: “Allah Elçisi ﷺ başının üzərinə üç dəfə su tökərdi”. Kişi dedi: “Axı mənim saçım uzundur”. Əbu Hureyra dedi: “Allah Elçisinin ﷺ saçları səndən çox və yaxşı idi (özü də daha xeyirli idi)”.”
İstinad
İbn Məcə, 578 (Təharət, 312)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri