Təmizlənmə və onun sünnələri

Cənabət halında olanın namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almadan yatmaması

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ الْهَادِ ، عَنْ عَبْدِ اللهِ بْنِ خَبَّابٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُ كَانَ تُصِيبُهُ الْجَنَابَةُ بِاللَّيْلِ ، فَيُرِيدُ أَنْ يَنَامَ ، فَأَمَرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَتَوَضَّأَ ثُمَّ يَنَامَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri gecə vaxtı cənabət halına düşdü. Yatmaq istədikdə Allah Elçisi ﷺ ona dəstəmaz alıb sonra yatmasını əmr etdi.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 586 (Təharət, 320)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri