Kişi pollusiya olduğu kimi qadın da pollusiya olsa, nə etməldir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، وَعَبْدُ الأَعْلَى ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ أُمَّ سُلَيْمٍ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمَرْأَةِ تَرَى فِي مَنَامِهَا مَا يَرَى الرَّجُلُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا رَأَتْ ذَلِكَ فَأَنْزَلَتْ ، فَعَلَيْهَا الْغُسْلُ , فَقَالَتْ أُمُّ سَلَمَةَ : يَا رَسُولَ اللهِ ، أَيَكُونُ هَذَا ، قَالَ : نَعَمْ ، مَاءُ الرَّجُلِ غَلِيظٌ أَبْيَضُ ، وَمَاءُ الْمَرْأَةِ رَقِيقٌ أَصْفَرُ ، فَأَيُّهُمَا سَبَقَ ، أَوْ عَلاَ ، أَشْبَهَهُ الْوَلَدُ.
“Ənəs ﵁ rəvayət edir ki, Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib kişinin yuxuda gördüyünü qadının da görməsi halında nə etməsi haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Bunu yuxuda görüb ayıq halda məninin çıxdığını görsə, qüsl alsın”. Ummu Sələmə dedi: “Ey Allahın Elçisi, belə şey olur ki?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Kişinin mənisi qatı və ağ olur. Qadının mənisi isə duru və sarı olur. Hansı hansını önə keçsə və ya üstələsə, uşaq ona oxşayar”.”
İstinad
İbn Məcə, 601 (Təharət, 335)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri