Qadının cənabət qüslu alması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، قَالَ : بَلَغَ عَائِشَةَ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَمْرٍو يَأْمُرُ نِسَاءَهُ إِذَا اغْتَسَلْنَ أَنْ يَنْقُضْنَ رُؤُوسَهُنَّ ، فَقَالَتْ : يَا عَجَبًا لاِبْنِ عَمْرٍو هَذَا ، أَفَلاَ يَأْمُرُهُنَّ أَنْ يَحْلِقْنَ رُؤُوسَهُنَّ ، لَقَدْ كُنْتُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَغْتَسِلُ مِنْ إِنَاءٍ وَاحِدٍ ، فَلاَ أَزِيدُ عَلَى أَنْ أُفْرِغَ عَلَى رَأْسِي ثَلاَثَ إِفْرَاغَاتٍ.
“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Aişəyə Abdullah ibn Amrın qadınlara qüsl alarkən hörüklərini açmağı əmr etdiyi çatmışdı. Aişə dedi: “Mən İbn Amrın bu fətvasına təəccüb edirəm. Bəlkə onlara başlarını qırxmağı da əmr edə?! Halbuki, mən və Allah Elçisi ﷺ qüsl alarkən bir qabdan su götürərək qüsl alar və başıma yalnız üç dəfə su tökərdim”.”
İstinad
İbn Məcə, 604 (Təharət, 338)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri