Təmizlənmə və onun sünnələri

Məniyə görə qüsl almaq lazımdır

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا غُنْدَرٌ ، مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ ذَكْوَانَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَرَّ عَلَى رَجُلٍ مِنَ الأَنْصَارِ ، فَأَرْسَلَ إِلَيْهِ ، فَخَرَجَ وَرَأْسُهُ يَقْطُرُ ، فَقَالَ : لَعَلَّنَا أَعْجَلْنَاكَ ، قَالَ : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : إِذَا أُعْجِلْتَ ، أَوْ أُقْحِطْتَ ، فَلاَ غُسْلَ عَلَيْكَ ، وَعَلَيْكَ الْوُضُوءُ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ənsardan bir kişiyə rast gəldi və onu yanına çağırtdırdı. O kişi başından su damlayaraq Allah Elçisinin ﷺ yanına gəldi. Allah Elçisi ﷺ dedi: “Yəqin səni tələsdirmişik”. Kişi dedi: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ dedi: “Tələssən və ya tələsdirilsən, məni çıxmayıbsa, qüsl etməyə ehtiyac yoxdur, yalnız dəstəmaz almağın kifayət edir”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 606 (Təharət, 340)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri