Təmizlənmə və onun sünnələri

Cinsiyyət yerlərinin bir-birinə toxunması zamanı qüsl alınmasının vacib olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، قَالاَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، أَخْبَرَنَا الْقَاسِمُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَتْ : إِذَا الْتَقَى الْخِتَانَانِ , فَقَدْ وَجَبَ الْغُسْلُ ، فَعَلْتُهُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَاغْتَسَلْنَا.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Cinsiyyət yerləri bir-birinə toxunduqda qüsl almaq vacib olur. Biz Allah Elçisi ﷺ ilə belə etdikdə qüsl alardıq”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 608 (Təharət, 342)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri