Təmizlənmə və onun sünnələri

Cinsiyyət yerlərinin bir-birinə toxunması zamanı qüsl alınmasının vacib olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا الْفَضْلُ بْنُ دُكَيْنٍ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا جَلَسَ الرَّجُلُ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ، ثُمَّ جَهَدَهَا ، فَقَدْ وَجَبَ الْغُسْلُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Kişi) qadının dörd əzası arasında oturub onunla cinsi əlaqəyə girərsə, (hər ikisinə) qüsl etmək vacib olar”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 610 (Təharət, 344)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri