Heyz qanının paltara dəyməsi haqda nə rəvayət olunmuşdur?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ فَاطِمَةَ بِنْتِ الْمُنْذِرِ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللهُ عَنْهُمَا , قَالَتْ : سَأَلْتُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ دَمِ الْحَيْضِ يَكُونُ فِي الثَّوْبِ ، قَالَ : اقْرُصِيهِ ، وَاغْسِلِيهِ ، وَصَلِّي فِيهِ.
“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr əs-Siddiq ﵄ demişdir: “Mən Allah Elçisindən ﷺ paltara düşən heyz qanı haqda soruşduqda o dedi: “Onu barmaqlarınla ovuşdurub yu, həmin paltarda namazını qıl”.”
Əsma bint Əbu Bəkr əs-Siddiq
Səhihİstinad
İbn Məcə, 629 (Təharət, 363)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri