Heyzli olan qadın namazlarını qəza etmir
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ مُعَاذَةَ الْعَدَوِيَّةِ ، عَنْ عَائِشَةَ ، أَنَّ امْرَأَةً سَأَلَتْهَا : أَتَقْضِي الْحَائِضُ الصَّلاَةَ ؟ قَالَتْ لَهَا عَائِشَةُ : أَحَرُورِيَّةٌ أَنْتِ ؟ قَدْ كُنَّا نَحِيضُ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , ثُمَّ نَطْهُرُ ، وَلَمْ يَأْمُرْنَا بِقَضَاءِ الصَّلاَةِ.
“Rəvayət edilir ki, Muazə əl-Adəvi ﵀ Aişədən belə bir sual soruşdu: “Heyzli qadın namazlarını qəza edirmi?” Aişə ona dedi: “Sən Hərurisən (Xavaricsən)? Biz Peyğəmbərin ﷺ yanında heyz olar, sonra təmizlənərdik və o, bizə namazları qəza etməmizi əmr etməzdi”.”
İstinad
İbn Məcə, 631 (Təharət, 365)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri