Təmizlənmə və onun sünnələri

Heyzli qadın necə qüsl alır?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، قَالَ : سَمِعْتُ صَفِيَّةَ تُحَدِّثُ عَنْ عَائِشَةَ ، أَنَّ أَسْمَاءَ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْغُسْلِ مِنَ الْمَحِيضِ ، فَقَالَ : تَأْخُذُ إِحْدَاكُنَّ مَاءَهَا ، وَسِدْرَهَا ، فَتَطَهَّرُ ، فَتُحْسِنُ الطُّهُورَ ، أَوْ تُبْلِغُ فِي الطُّهُورِ ، ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا ، فَتَدْلُكُهُ دَلْكًا شَدِيدًا ، حَتَّى تَبْلُغَ شُؤُونَ رَأْسِهَا ، ثُمَّ تَصُبُّ عَلَيْهَا الْمَاءَ ، ثُمَّ تَأْخُذُ فِرْصَةً مُمَسَّكَةً ، فَتَطَهَّرُ بِهَا , قَالَتْ أَسْمَاءُ : كَيْفَ أَتَطَهَّرُ بِهَا ؟ قَالَ : سُبْحَانَ اللهِ ، تَطَهَّرِي بِهَا , قَالَتْ عَائِشَةُ, كَأَنَّهَا تُخْفِي ذَلِكَ : تَتَبَّعِي بِهَا أَثَرَ الدَّمِ ، قَالَتْ : وَسَأَلَتْهُ عَنِ الْغُسْلِ مِنَ الْجَنَابَةِ ، فَقَالَ : تَأْخُذُ إِحْدَاكُنَّ مَاءَهَا ، فَتَطَهَّرُ ، فَتُحْسِنُ الطُّهُورَ ، أَوْ تُبْلِغُ فِي الطُّهُورِ ، حَتَّى تَصُبَّ الْمَاءَ عَلَى رَأْسِهَا ، فَتَدْلُكُهُ حَتَّى تَبْلُغَ شُؤُونَ رَأْسِهَا ، ثُمَّ تُفِيضُ الْمَاءَ عَلَى جَسَدِهَا , فَقَالَتْ عَائِشَةُ : نِعْمَ النِّسَاءُ كُنَّ نِسَاءُ الأَنْصَارِ ، لَمْ يَمْنَعْهُنَّ الْحَيَاءُ أَنْ يَتَفَقَّهْنَ فِي الدِّينِ.

“Aişə ﵂ rəvayət edir ki, Əsma Allah Elçisinə ﷺ heyz haqda sual verdi. Allah Elçisi ﷺ dedi: “Sizdən biri su və sidr (sabun) ilə təmizlənsin, sonra gözəl şəkildə yuyunub başına su töksün və saçının dibini yaxşıca ovuşdursun. Sonra bədəninin qalan hissəsinə su töküb yuyunsun. Sonra bez və pambıq parça götürüb onunla təmizlənsin”. Əsma dedi: “Mən onunla necə təmizlənim?” Allah Elçisi ﷺ dedi: “Subhən-Allah, onunla təmizlən!” Aişə yavaşca ona dedi: “Qanın izlərini üzərindən təmizlə”. Aişə dedi: “Əsma cənabət qüslundan necə təmizlənməyi soruşduqda Allah Elçisi ﷺ dedi: “Sizdən biri su ilə təmizlənsin, sonra gözəl şəkildə yuyunub başına su töksün və saçının dibini yaxşıca ovuşdursun. Sonra bədəninin qalan hissəsinə su töküb yuyunsun”. Aişə dedi: “Bu ənsar qadınları nə yaxşı qadınlardır! Həyaları onlara dini öyrənməyə mane olmur”.”

Aişə
Həsən

İstinad

İbn Məcə, 642 (Təharət, 376)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri