Namazlara başlamaq və onda olan sünnələr

Namazda Allaha sığınmaq

حَدَّثَنَا عَلِيُّ بْنُ الْمُنْذِرِ ، حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنِ ابْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ، وَهَمْزِهِ ، وَنَفْخِهِ ، وَنَفْثِهِ. قَالَ : هَمْزُهُ : الْمُوتَةُ ، وَنَفْثُهُ : الشِّعْرُ ، وَنَفْخُهُ : الْكِبْرُ.

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahım, lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən (həmzihi), (köksümə üfürdüyü) təkəbbürlükdən (nəfsihi) və təlqin etdiyi batil şeylərdən (nəfxihi) Sənə sığınıram!” Ravi Amr dedi: “Həmzihi”, yəni dəlilikdən, “nəfsihi” yəni şeirdən, “nəfxihi” yəni təkəbbürlükdən”.”

İbn Məsud
Zəif

İstinad

İbn Məcə, 808 (İqamətus-salat, 6)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr