Namazlara başlamaq və onda olan sünnələr

Zöhr və Əsr namazlarında olan qiraət

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الحُبَاب ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، حَدَّثَنَا رَبِيعَةُ بْنُ يَزِيدَ ، عَنْ قَزَعَةَ ، قَالَ : سَأَلْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : لَيْسَ لَكَ فِي ذَلِكَ خَيْرٌ ، قُلْتُ : بَيِّنْ ، رَحِمَكَ اللَّهُ ، قَالَ : كَانَتِ الصَّلاَةُ تُقَامُ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الظُّهْرَ ، فَيَخْرُجُ أَحَدُنَا إِلَى الْبَقِيعِ ، فَيَقْضِي حَاجَتَهُ ، وَيَجِيءُ فَيَتَوَضَّأُ ، فَيَجِدُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الرَّكْعَةِ الأُولَى مِنَ الظُّهْرِ.

“Rəvayət edilir ki, Qazəa ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudriyə Allah Elçisinin ﷺ namazı haqda sual verdim. O dedi: “Bunu soruşmaqda bir xeyir yoxdur”. Mən dedim: “Mənə de, Allah sənə rəhm etsin!” Əbu Səid əl-Xudri dedi: “Allah Elçisi ﷺ Zöhr namazını qıldırdıqda bizdən birimiz Bəqi (qəbiristanlığına) tərəf gedər, təbii ehtiyacını ödəyər, sonra dəstəmaz alar və qayıdardı. Bu zaman Allah Elçisi ﷺ birinci rükətdə olardı”.”

Qazəa
Səhih

İstinad

İbn Məcə, 825 (İqamətus-salat, 23)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr