Namazlara başlamaq və onda olan sünnələr

İşa namazında olan qiraət

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ صَلَّى بِأَصْحَابِهِ الْعِشَاءَ ، فَطَوَّلَ عَلَيْهِمْ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا ، وَ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَ{اللَّيْلِ إِذَا يَغْشَى} ، وَ{اقْرَأْ بِاسْمِ رَبِّكَ}.

“Cabir ﵁ rəvayət edir ki, Muaz ibn Cəbəl dostları ilə İşa namazını qılırdı və namazı da uzatmışdı. Peyğəmbər ﷺ də belə dedi: “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms” surəsi), “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsi), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (“əl-Leyl” surəsi) və “Yaradan Rəbbinin adı ilə oxu!” (“əl-Aləq” surəsi) surələrini oxu!””

Cabir
Səhih

İstinad

İbn Məcə, 836 (İqamətus-salat, 34)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr