Rukuya getdikdə və rukudan qalxdıqda əllərin qaldırılması
حَدَّثَنَا بِشْرُ بْنُ مُعَاذٍ الضَّرِيرُ ، حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، قَالَ : قُلْتُ : لأَنْظُرَنَّ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَيْفَ يُصَلِّي ، فَقَامَ , فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا أُذُنَيْهِ ، فَلَمَّا رَكَعَ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ ، فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ.
“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən öz-özümə dedim: “Allah Elçisinin ﷺ namaz qılmağına diqqətlə baxacam”. O, namaza durduqda qibləyə doğru yönəldi və əllərini qulaqlarının səviyyəsinə qədər qaldırdı. Ruku etdikdə əllərini eyni şəkildə qaldırdı. Başını rukudan qaldırıb dikəldikə də əllərini eyni şəkildə qaldırdı”.”
İstinad
İbn Məcə, 867 (İqamətus-salat, 65)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr