Namazda ruku etmək
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُلاَزِمُ بْنُ عَمْرٍو ، عَنْ عَبْدِ اللهِ بْنِ بَدْرٍ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَلِيِّ بْنِ شَيْبَانَ ، عَنْ أَبِيهِ عَلِيِّ بْنِ شَيْبَانَ ، وَكَانَ مِنَ الْوَفْدِ ، قَالَ : خَرَجْنَا حَتَّى قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَبَايَعْنَاهُ وَصَلَّيْنَا خَلْفَهُ ، فَلَمَحَ بِمُؤْخِرِ عَيْنِهِ رَجُلاً لاَ يُقِيمُ صَلاَتَهُ ، يَعْنِي صُلْبَهُ ، فِي الرُّكُوعِ وَالسُّجُودِ ، فَلَمَّا قَضَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الصَّلاَةَ ، قَالَ : يَا مَعْشَرَ الْمُسْلِمِينَ , لاَ صَلاَةَ لِمَنْ لاَ يُقِيمُ صُلْبَهُ فِي الرُّكُوعِ وَالسُّجُودِ.
“Rəvayət edilir ki, tayfası tərəfindən Allah Elçisinə ﷺ göndərilən heyətdən biri olan Əli ibn Şeyban ﵁ demişdir: “Biz yola çıxdıq və nəhayət, Allah Elçisinin ﷺ yanına gəldik. Ona beyət edib arxasında namaz qıldıq. Allah Elçisi ﷺ namazın ruku və səcdələrində kürəyini şax tutmayan birinə nəzər saldı və namazı bitirdikdə belə buyurdu: “Ey müsəlmanlar toplumu! Ruku və səcdələrində kürəyini düz tutmayan adamın namazı düz deyil”.”
İstinad
İbn Məcə, 871 (İqamətus-salat, 69)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr