Namazlara başlamaq və onda olan sünnələr

Rukudan qalxdıqda nə deyilir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عُبَيْدِ بْنِ الْحَسَنِ ، عَنِ ابْنِ أَبِي أَوْفَى ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ , مِلْءَ السَّمَاوَاتِ ، وَمِلْءَ الأَرْضِ ، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ.

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Peyğəmbər ﷺ başını rukudan qaldırıb dikəldikdə deyərdi: “Allah Ona həmd edəni eşitdi! Allahım, ey Rəbbimiz, Sənə həmd olsun! Göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun!””

İbn Əbu Əufə
Səhih

İstinad

İbn Məcə, 878 (İqamətus-salat, 76)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr