Namazlara başlamaq və onda olan sünnələr

Səcdələr

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ أَقْرَمَ الْخُزَاعِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنْتُ مَعَ أَبِي بِالْقَاعِ مِنْ نَمِرَةَ ، فَمَرَّ بِنَا رَكْبٌ ، فَأَنَاخُوا بِنَاحِيَةِ الطَّرِيقِ ، فَقَالَ لِي أَبِي : كُنْ فِي بَهْمِكَ حَتَّى آتِيَ هَؤُلاَءِ الْقَوْمَ فَأُسَائِلَهُمْ ، قَالَ : فَخَرَجَ ، وَجِئْتُ ، يَعْنِي دَنَوْتُ ، فَإِذَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَحَضَرْتُ الصَّلاَةَ ، فَصَلَّيْتُ مَعَهُمْ ، فَكُنْتُ أَنْظُرُ إِلَى عُفْرَتَيْ إِبْطَيْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كُلَّمَا سَجَدَ. قَالَ أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ : يَقُولُ النَّاسُ : عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ.

“Ubeydullah ibn Abdullah ibn Əqramə əl-Xuzəi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Atamla birlikdə Nəmira adlı bölgənin dağlardan və təpələrdən uzaq düzənlik olan yerində idim. Yanımızdan süvari bir dəstə keçdi və dəvələrini yolun kənarında dayandırdılar. Atam mənə: “Sən heyvanlarımızın yanında qal, mən də bu toplumun yanına gedib onlarla danışım” dedi və getdi. Mən də onların yanına yaxınlaşdım. Gördüm ki, Allah Elçisi ﷺ oradadır. Namaz vaxtı idi. Onlar namaza durdular, mən də onlarla birlikdə namaza durdum. Allah Elçisi ﷺ hər dəfə səcdə etdikdə onun qoltuğunun ağlığına baxırdım”.”

Ubeydullah ibn Abdullah ibn Əqramə əl-Xuzəi atasından
Səhih

İstinad

İbn Məcə, 881 (İqamətus-salat, 79)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr