Namazlara başlamaq və onda olan sünnələr

Təşəhhüd haqda nə rəvayət olunub?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ (ح) وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : كُنَّا إِذَا صَلَّيْنَا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قُلْنَا : السَّلاَمُ عَلَى اللهِ قَبْلَ عِبَادِهِ ، السَّلاَمُ عَلَى جِبْرَائِيلَ ، وَمِيكَائِيلَ ، وَعَلَى فُلاَنٍ وَفُلاَنٍ ، يَعْنُونَ الْمَلاَئِكَةَ ، فَسَمِعَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، فَإِذَا جَلَسْتُمْ ، فَقُولُوا : التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، فَإِنَّهُ إِذَا قَالَ ذَلِكَ ، أَصَابَتْ كُلَّ عَبْدٍ صَالِحٍ فِي السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Biz Peyğəmbər ﷺ ilə namaz qıldıqda deyirdik: “Allaha bəndələrindən qabaq salam olsun! Cəbrailə salam olsun! Mikailə salam olsun! Filankəsə və filankəsə salam olsun!” - yəni mələklərə. Allah Elçisi ﷺ bizi eşitdikdə belə dedi: “Həqiqətən, Allahın Özü əs-Sələmdir. (Namazın oturuşunda) belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Belə dedikdə səmalarda və yerdə olan bütün əməlisaleh qulları qəsd etmiş olursunuz. Sonra: “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

İbn Məsud
Səhih

İstinad

İbn Məcə, 899 (İqamətus-salat, 97)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr