Namazdakı təşəhhüddə və Peyğəmbərə ﷺ edilən salavatda nə deyilir?
حَدَّثَنَا يُوسُفُ بْنُ مُوسَى الْقَطَّانُ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِرَجُلٍ : مَا تَقُولُ فِي الصَّلاَةِ ؟ قَالَ : أَتَشَهَّدُ ، ثُمَّ أَسْأَلُ اللَّهَ الْجَنَّةَ ، وَأَعُوذُ بِهِ مِنَ النَّارِ ، أَمَا وَاللَّهِ مَا أُحْسِنُ دَنْدَنَتَكَ ، وَلاَ دَنْدَنَةَ مُعَاذٍ ، فَقَالَ : حَوْلَهَا نُدَنْدِنُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir kişiyə belə dedi: “Sən namazda nə deyirsən?” Kişi dedi: “Mən təşəhhüd dedikdən sonra Allahdan Cənnəti istəyirəm, Cəhənnəmdən də Allaha sığınıram. Vallah, nə sənin, nə də Muazın dediklərini demirəm”. Allah Elçisi ﷺ buyurdu: “Elə biz də sənin dediklərini deyirik”.”
İstinad
İbn Məcə, 910 (İqamətus-salat, 108)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr