Namazlara başlamaq və onda olan sünnələr

Namazın sonunda salamdan sonra nə deyilir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، قَالاَ : حَدَّثَنَا عَاصِمٌ الأَحْوَلُ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا سَلَّمَ لَمْ يَقْعُدْ إِلاَّ مِقْدَارَ مَا يَقُولُ : اللَّهُمَّ أَنْتَ السَّلاَمُ ، وَمِنْكَ السَّلاَمُ ، تَبَارَكْتَ يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namazı bitirdikdən sonra “Allahım! Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq olan) Sənsən və əmin-amanlıq Səndəndir. Ey Əzəmət və Kəramət sahibi, Sən xeyirxahsan!”- deyəcək qədər otururdu”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 924 (İqamətus-salat, 122)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr