Namazlara başlamaq və onda olan sünnələr

Namazı bitirdikdə çevrilmək

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ (ح) وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عُمَارَةَ ، عَنِ الأَسْوَدِ ، قَالَ : قَالَ عَبْدُ اللهِ : لاَ يَجْعَلَنَّ أَحَدُكُمْ لِلشَّيْطَانِ فِي نَفْسِهِ جُزْءًا ، يَرَى أَنَّ حَقًّا عَلَيْهِ أَنْ لاَ يَنْصَرِفَ إِلاَّ عَنْ يَمِينِهِ ، قَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَكْثَرُ انْصِرَافِهِ عَنْ يَسَارِهِ.

“Rəvayət edilir ki, Abdullah demişdir: “Heç biriniz namazı bitirdikdə sağ tərəfdən çevrilməyin düzgün olduğuna inanaraq şeytana bir pay ayırmasın, çünki mən Allah Elçisinin ﷺ çox vaxt sol tərəfdən çevrildiyini görmüşəm”.”

Abdullah
Səhih

İstinad

İbn Məcə, 930 (İqamətus-salat, 128)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr