Namazlara başlamaq və onda olan sünnələr

Yemək hazır olduqda namaz qılmaq

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا وُضِعَ الْعَشَاءُ , وَأُقِيمَتِ الصَّلاَةُ ، فَابْدَؤُوا بِالْعَشَاءِ. قَالَ : فَتَعَشَّى ابْنُ عُمَرَ لَيْلَةً ، وَهُوَ يَسْمَعُ الإِقَامَةَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yemək hazır olduqda və namaza iqamə verildikdə birinci yemək yeyin”. Ravi deyir: “Bir gecə İbn Ömər iqaməni eşitdiyi halda axşam yeməyinə davam etmişdir”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 934 (İqamətus-salat, 132)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr