Namazlara başlamaq və onda olan sünnələr

Yağış yağdıqda camaat namazını qılmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، قَالَ : خَرَجْتُ فِي لَيْلَةٍ مَطِيرَةٍ ، فَلَمَّا رَجَعْتُ اسْتَفْتَحْتُ ، فَقَالَ أَبِي : مَنْ هَذَا ؟ قُلْتُ : أَبُو الْمَلِيحِ ، قَالَ : لَقَدْ رَأَيْتُنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ الْحُدَيْبِيَةِ ، وَأَصَابَتْنَا سَمَاءٌ ، لَمْ تَبُلَّ أَسَافِلَ نِعَالِنَا ، فَنَادَى مُنَادِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلُّوا فِي رِحَالِكُمْ.

“Rəvayət edilir ki, Əbul-Məlih ﵀ demişdir: “Mən yağışlı bir gecədə evdən çıxdım. Evə qayıtdıqda qapının açılmasını istədim. Atam: “Kimdir!” dedi. Mən də: “Əbul-Məlihdir” dedim. O dedi: “Hudeybiyyə günü Allah Elçisi ﷺ ilə birlikdə idik. Ayaqqabılarımızın altını islatmayacaq dərəcədə bir yağış yaşmışdı. Allah Elçisinin ﷺ müəzzini “Namazlarınızı qaldığınız yerdə qılın!” deyə nida etdi”.”

Əbul-Məlih
Səhih

İstinad

İbn Məcə, 936 (İqamətus-salat, 134)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr