Namazda sütrə qoyulmalıdırmı?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا عُمَرُ بْنُ عُبَيْدٍ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا نُصَلِّي وَالدَّوَابُّ تَمُرُّ بَيْنَ أَيْدِينَا ، فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ ، تَكُونُ بَيْنَ يَدَيْ أَحَدِكُمْ ، فَلاَ يَضُرُّهُ مَنْ مَرَّ بَيْنَ يَدَيْهِ.
“Musa ibn Təlhə atasının ﵁ belə duyurduğunu rəvayət etmişdir: “Biz namaz qılanda heyvanlar qarşımızdan keçirdi. Bu hal Allah Elçisinə ﷺ xəbər verildikdə dedi: “Biriniz namaz qıldıqda qarşısına dəvə yəhərinin arxa hissəsi boyda bir şey qoysun. Belə olduqda qarşısından keçənlər onun namazına zərər verməzlər”.”
İstinad
İbn Məcə, 940 (İqamətus-salat, 138)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr