Namaz qılan bacardıqca qarşısından keçənə mane olmalıdır
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا يَحْيَى أَبُو الْمُعَلَّى ، عَنِ الْحَسَنِ الْعُرَنِيِّ ، قَالَ : ذُكِرَ عِنْدَ ابْنِ عَبَّاسٍ مَا يَقْطَعُ الصَّلاَةَ ، فَذَكَرُوا الْكَلْبَ ، وَالْحِمَارَ ، وَالْمَرْأَةَ ، فَقَالَ : مَا تَقُولُونَ فِي الْجَدْيِ ؟ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُصَلِّي يَوْمًا ، فَذَهَبَ جَدْيٌ يَمُرُّ بَيْنَ يَدَيْهِ ، فَبَادَرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْقِبْلَةَ.
“Rəvayət edilir ki, Həsən əl-Urani ﵀ demişdir: “İbn Abbasın yanında namazı pozan şeylər yad edildikdə insanlar bunun it, uzunqulaq və qadın olduğunu dedilər. İbn Abbas dedi: “Keçi balası haqda nə deyirsiniz? Bir gün Allah Elçisi ﷺ namaz qılırdı. Bu əsnada bir keçi balası onun qarşısından keçməyə çalışdı. Allah Elçisi ﷺ ona mane olmaq üçün qiblə tərəfə doğru irəlilədi”.”
İstinad
İbn Məcə, 953 (İqamətus-salat, 151)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr