Namaz qılan bacardıqca qarşısından keçənə mane olmalıdır
حَدَّثَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ الْحَمَّالُ ، وَالْحَسَنُ بْنُ دَاوُدَ الْمُنْكَدِرِيُّ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ ، عَنْ صَدَقَةَ بْنُ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّي ، فَلاَ يَدَعْ أَحَدًا يَمُرُّ بَيْنَ يَدَيْهِ ، فَإِنْ أَبَى , فَلْيُقَاتِلْهُ ، فَإِنْ مَعَهُ الْقَرِينَ. وَقَالَ الْمُنْكَدِرِيُّ : فَإِنَّ مَعَهُ الْعُزَّى.
“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namaz qıldıqda qarşısından heç kimin keçməsinə imkan verməsin. Əgər kimsə keçməyə cəhd edərsə, ona qarşı mübarizə aparsın, çünki onun yanında şeytan var”. Ravi əl-Munkədir deyir: “Onun yanında Uzza bütü (kimi bir şeytan) var”.”
İstinad
İbn Məcə, 955 (İqamətus-salat, 153)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr