Namazlara başlamaq və onda olan sünnələr

İmamdan qabaq rukuya və səcdəyə getməyin qadağan olması

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ ابْنِ عَجْلاَنَ (ح) وحَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ ابْنِ مُحَيْرِيزٍ ، عَنْ مُعَاوِيَةَ بْنُ أَبِي سُفْيَانُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُبَادِرُونِي بِالرُّكُوعِ ، وَلاَ بِالسُّجُودِ ، فَمَهْمَا أَسْبِقْكُمْ بِهِ إِذَا رَكَعْتُ , تُدْرِكُونِي بِهِ إِذَا رَفَعْتُ ، وَمَهْمَا أَسْبِقْكُمْ بِهِ إِذَا سَجَدْتُ , تُدْرِكُونِي بِهِ إِذَا رَفَعْتُ ، إِنِّي قَدْ بَدَّنْتُ.

“Rəvayət edilir ki, Muaviyə ibn Əbu Süfyan ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ruku və səcdələri məndən qabaq etməyin! Nə vaxt rukuya getsəm, məndən sonra ruku edin. Nə vaxt dikəlsəm, məndən sonra dikəlin. Nə vaxt səcdə etsəm və səcdədən qalxsam, məndən sonra eyni şeyi edin ki, savab qazanasınız. Mən artıq yaşlanıb kökəlmişəm”.”

Muaviyə ibn Əbu Süfyan
Səhih

İstinad

İbn Məcə, 963 (İqamətus-salat, 161)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr