Namazda imama yaxın kimlər durmalıdır?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنُ عُمَيْرٍ ، عَنْ أَبِي مَعْمَرٍ ، عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَمْسَحُ مَنَاكِبَنَا فِي الصَّلاَةِ وَيَقُولُ : لاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ ، وَلِيَلِيَنِّي مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ.
“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda bizim çiyinlərimizə toxunar və deyərdi: “Cərgələrdə düz durun, yoxsa qəlbləriniz ixtilafa düşər. Elmli olanınız cərgədə mənə yaxın, sonra onlar kimi olanlar, daha sonra da onlar kimi olanlar dursunlar”.”
İstinad
İbn Məcə, 976 (İqamətus-salat, 174)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr