Namazda olan imam camaata namazı yüngül qıldırmalıdır
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي هِنْدٍ ، عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللهِ بْنِ الشِّخِّيرِ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ يَقُولُ : كَانَ آخِرَ مَا عَهِدَ إِلَيَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ أَمَّرَنِي عَلَى الطَّائِفِ , قَالَ لِي : يَا عُثْمَانُ , تَجَاوَزْ فِي الصَّلاَةِ ، وَاقْدِرِ النَّاسَ بِأَضْعَفِهِمْ ، فَإِنَّ فِيهِمُ الْكَبِيرَ ، وَالصَّغِيرَ ، وَالسَّقِيمَ ، وَالْبَعِيدَ ، وَذَا الْحَاجَةِ.
“Rəvayət edilir ki, Mutarrif ibn Abdullah ibn əş-Şixxir ﵀ demişdir: “Mən Osman ibn Əbul-Asın belə dediyini eşitdim: “Peyğəmbər ﷺ məni Taifə əmir təyin etdikdə son tövsiyəsi belə idi: “Ey Osman! Namazı yüngül qıldır! İnsanları ən zəif olana görə dəyərləndir, çünki onların arasında yaşlı, uşaq, xəstə, evi uzaqda olan və iş-güc sahibi olanlar var”.”
İstinad
İbn Məcə, 987 (İqamətus-salat, 185)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr