Namazlara başlamaq və onda olan sünnələr

Namazda imam olan baş verən işə görə camaata namazı yüngül qıldırır

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي لأَدْخُلُ فِي الصَّلاَةِ ، وَأَنَا أُرِيدُ إِطَالَتَهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِيِّ ، فَأَتَجَوَّزُ فِي صَلاَتِي ، مِمَّا أَعْلَمُ لِوَجْدِ أُمِّهِ بِبُكَائِهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən namaza başladıqda onu uzun qıldırmaq istəyirəm, lakin körpə uşağın ağlamasını eşitdikdə anasının onun ağlamağına görə narahat olmasını düşünüb namazı qısa qıldırıram”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 989 (İqamətus-salat, 187)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr