Cərgələrdə durmaq
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ السُّوَائِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ تَصُفُّونَ كَمَا تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا ؟ قَالَ ، قُلْنَا : وَكَيْفَ تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا ؟ قَالَ : يُتِمُّونَ الصُّفُوفَ الأُوَلَ ، وَيَتَرَاصُّونَ فِي الصَّفِّ.
“Rəvayət edilir ki, Cabir ibn Səmura əs-Suvai ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Siz mələklərin öz Rəbbinin hüzurunda durduqları kimi səf-səf durmaq istəyirsinizmi?” Biz dedik: “Mələklər öz Rəbbinin hüzurunda necə dururlar?” O dedi: “Onlar ön cərgəni tamamlayır, sonra o biri cərgələri boşluq buraxmadan tamamlayırlar”.”
İstinad
İbn Məcə, 992 (İqamətus-salat, 190)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr