Namazlara başlamaq və onda olan sünnələr

Cərgələrdə durmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا سِمَاكُ بْنُ حَرْبٍ ، أَنَّهُ سَمِعَ النُّعْمَانَ بْنُ بَشِيرٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُسَوِّي الصَّفَّ ، حَتَّى يَجْعَلَهُ مِثْلَ الرُّمْحِ أَوِ الْقِدْحِ , قَالَ : فَرَأَى صَدْرَ رَجُلٍ نَاتِئًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : سَوُّوا صُفُوفَكُمْ ، أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ.

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ cərgələri ox və ya nizə kimi düzəldər, kiminsə sinəsinin cərgədən irəli çıxdığını gördükdə belə buyurardı: “Cərgələrinizi düz tutun, yoxsa Allah aranızda ixtilaf salar”.”

Numan ibn Bəşir
Səhih

İstinad

İbn Məcə, 994 (İqamətus-salat, 192)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr