Namazlara başlamaq və onda olan sünnələr

Bir kişinin cərgənin arxasında tək namaz qılması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُلاَزِمُ بْنُ عَمْرٍو ، عَنْ عَبْدِ اللهِ بْنِ بَدْرٍ , حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَلِيِّ بْنِ شَيْبَانَ ، عَنْ أَبِيهِ عَلِيِّ بْنِ شَيْبَانَ , وَكَانَ مِنَ الْوَفْدِ ، قَالَ : خَرَجْنَا حَتَّى قَدِمْنَا عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَبَايَعْنَاهُ ، وَصَلَّيْنَا خَلْفَهُ ، قَالَ : ثُمَّ صَلَّيْنَا وَرَاءَهُ صَلاَةً أُخْرَى ، فَقَضَى الصَّلاَةَ ، فَرَأَى رَجُلاً فَرْدًا يُصَلِّي خَلْفَ الصَّفِّ ، قَالَ : فَوَقَفَ عَلَيْهِ نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ انْصَرَفَ , قَالَ : اسْتَقْبِلْ صَلاَتَكَ ، لاَ صَلاَةَ لِلَّذِي خَلْفَ الصَّفِّ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ yanına göndərilən heyətlərdən biri olan Əli ibn Şeyban ﵁ demişdir: “Biz tayfamızdan çıxıb Peyğəmbərin ﷺ yanına gəldik, ona beyət etdik və onun arxasında namaz qıldıq. Sonra onun arxasında daha bir namaz qıldıq. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra cərgənin arxasında bir kişinin tək namaz qıldığını gördü. Həmin adam namazı bitirib getmək istədikdə Peyğəmbər ﷺ onun yanında dayanıb belə buyurdu: “Qayıt və namazını yenidən qıl! Cərgənin arxasında tək namaz qılanın namazı yoxdur”.”

Əli ibn Şeyban
Səhih

İstinad

İbn Məcə, 1003 (İqamətus-salat, 201)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr