Sarımsaq yeyən məscidə yaxınlaşmasın
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ الْغَطَفَانِيِّ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ الْيَعْمَرِيِّ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ قَامَ يَوْمَ الْجُمُعَةِ خَطِيبًا ، أَوْ خَطَبَ يَوْمَ الْجُمُعَةِ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ تَأْكُلُونَ شَجَرَتَيْنِ , لاَ أُرَاهُمَا إِلاَّ خَبِيثَتَيْنِ ، هَذَا الثُّومُ وَهَذَا الْبَصَلُ ، وَلَقَدْ كُنْتُ أَرَى الرَّجُلَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يُوجَدُ رِيحُهُ مِنْهُ ، فَيُؤْخَذُ بِيَدِهِ حَتَّى يُخْرَجَ إِلَى الْبَقِيعِ ، فَمَنْ كَانَ آكِلَهَا لاَ بُدَّ , فَلْيُمِتْهَا طَبْخًا.
“Mədən ibn Əbu Təlhə əl-Yəməri ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab Cümə günü xütbə vermək üçün ayağa durdu, Allaha həmd və səna etdi. Sonra dedi: “Ey insanlar! Siz mənim xoşlamadığım iki göyərti yeyirsiniz. Bunlar sarımsaq və soğandır. Allah Elçisinin ﷺ dövründə isə bunları yeyib məsciddə olan adamı əlindən tutaraq Bəqi qəbiristanlığına qədər ötürərdilər. Kim bunlardan yemək istəsə, onların iyi gedənə qədər bişirsin”.”
İstinad
İbn Məcə, 1014 (İqamətus-salat, 212)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr