Namazlara başlamaq və onda olan sünnələr

Namaz qılanın tüpürməsi

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ الْقَاسِمِ بْنِ مِهْرَانَ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، فَأَقْبَلَ عَلَى النَّاسِ , فَقَالَ : مَا بَالُ أَحَدِكُمْ يَقُومُ مُسْتَقْبِلُهُ رَبُّهُ ، فَيَتَنَخَّعُ أَمَامَهُ ؟ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يُسْتَقْبَلَ فَيُتَنَخَّعَ فِي وَجْهِهِ ؟ إِذَا بَزَقَ أَحَدُكُمْ فَلْيَبْزُقْ عَنْ شِمَالِهِ ، أَوْ لِيَقُلْ هَكَذَا فِي ثَوْبِهِ. ثُمَّ أَرَانِي إِسْمَاعِيلُ : يَبْزُقُ فِي ثَوْبِهِ ثُمَّ يَدْلُكُهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidin qiblə tərəfində bəlğəmli tüpürcək görüb insanlara tərfə çevrildi və buyurdu: “Sizdən birinə nə olur ki, Rəbbinə tərəf yönəldikdə tüpürür? Sizə tərəf dönüb üzünüzə tüpürmək sizə xoş gedərmi? Biriniz (namazda) tüpürmək istəsə, sol tərəfinə və ya ətəyinə tüpürsün”. Ravi İsmail paltarına tüpürərək ətəyini bir-birinə sürtməyi mənə göstərdi”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1022 (İqamətus-salat, 220)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr