Namazlara başlamaq və onda olan sünnələr

İmam namazda xəta etdikdə kişilər “Subhən-Allah” deyir, qadınlar isə əllərini bir-birinə vururlar

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أُمَيَّةَ ، وَعُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، أَنَّهُ كَانَ يَقُولُ : قَالَ ابْنُ عُمَرَ : رَخَّصَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِلنِّسَاءِ فِي التَّصْفِيقِ ، وَلِلرِّجَالِ فِي التَّسْبِيحِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ (imamın namazda xəta etməsini ona bildirmək üçün) qadınlara əllərinə vurmağa, kişilərə isə “Subhən-Allah” deməyə icazə vermişdir”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1036 (İqamətus-salat, 234)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr