Namazlara başlamaq və onda olan sünnələr

Namazda xuşu

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمًا بِأَصْحَابِهِ , فَلَمَّا قَضَى الصَّلاَةَ أَقْبَلَ عَلَى الْقَوْمِ بِوَجْهِهِ , فَقَالَ : مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ ، حَتَّى اشْتَدَّ قَوْلُهُ فِي ذَلِكَ , لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ , أَوْ لَيَخْطَفَنَّ اللَّهُ أَبْصَارَهُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ səhabələri ilə namaz qıldı. Namazı bitirdikdən sonra üzünü camaata doğru çevirib buyurdu: “Bəzilərinə nə olur ki, namaz qılarkən gözlərini göyə qaldırıb baxırlar?!” Bu mövzuda çəkindirici sözləri o qədər dedi ki, axırda ya bunu tərk edəcəklər, ya da “Allah onların gözlərini kor edər”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1044 (İqamətus-salat, 242)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr