Namazlara başlamaq və onda olan sünnələr

Namazda xuşu

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ ، قَالاَ : حَدَّثَنَا نُوحُ بْنُ قَيْسٍ ، حَدَّثَنَا عَمْرُو بْنُ مَالِكٍ ، عَنْ أَبِي الْجَوْزَاءِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَتِ امْرَأَةٌ تُصَلِّي خَلْفَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , حَسْنَاءُ مِنْ أَحْسَنِ النَّاسِ ، فَكَانَ بَعْضُ الْقَوْمِ يَسْتَقْدِمُ فِي الصَّفِّ الأَوَّلِ لِئَلاَّ يَرَاهَا ، وَيَسْتَأْخِرُ بَعْضُهُمْ حَتَّى يَكُونَ فِي الصَّفِّ الْمُؤَخَّرِ ، فَإِذَا رَكَعَ قَالَ هَكَذَا ، يَنْظُرُ مِنْ تَحْتِ إِبْطِهِ ، فَأَنْزَلَ اللَّهُ : {وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ} فِي شَأْنِهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “İnsanlar arasında gözəlliyi ilə bilinən bir qadın Peyğəmbərin ﷺ arxasında namaz qılırdı. Bəziləri o qadını görməmək üçün ön cərgədə, bəziləri də ona baxmaq üçün arxa cərgədə durur və ruku etdikdə qoltuqlarının altından ona baxırdılar. Allah da buna görə bu ayəni nazil etdi: “Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri (önə keçənləri) də bilirik, sonra kimlərin gələcəyini (arxaya keçənləri) də bilirik”. (əl-Hicr, 24)”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1046 (İqamətus-salat, 244)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr