Namazı tam qılmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ فَصَلَّى ، وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي نَاحِيَةٍ مِنَ الْمَسْجِدِ ، فَجَاءَ فَسَلَّمَ ، فَقَالَ : وَعَلَيْكَ ، فَارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ , فَرَجَعَ فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : وَعَلَيْكَ ، فَارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ بَعْدُ ، قَالَ فِي الثَّالِثَةِ : فَعَلِّمْنِي يَا رَسُولَ اللهِ ، قَالَ : إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ , فَأَسْبِغِ الْوُضُوءَ ، ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ رَأْسَكَ حَتَّى تَسْتَوِيَ قَاعِدًا ، ثُمَّ افْعَلْ ذَلِكَ فِي صَلاَتِكَ كُلِّهَا.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi məscidə daxil olub namaz qıldı. Allah Elçisi ﷺ də məscidin bir tərəfində oturmuşdu. O kişi gəlib salam verdikdə Allah Elçisi ﷺ dedi: “Sənə də (salam olsun)! Get, namazını yenidən qıl, çünki sən namaz qılmadın”. O gedib namaz qıldı. Namazını bitirikdən sonra gəlib Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ ona dedi: “Sənə də (salam olsun). Get, namazını yenidən qıl, çünki sən namaz qılmadın”. Üçüncü dəfə də belə olduqda o dedi: “Məni öyrət, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ dedi: ”Namaz qılmaq istədikdə dəstəmaz al, sonra qibləyə yönəl və təkbir et. Qurandan sənə asan olanını oxu! Sonra bədən oynaqları rahat olana qədər ruku et. Sonra dikəl və qamətini düz tut. Sonra bədən oynaqları rahat olana qədər səcdə vəziyyətində qal. Sonra qalxıb oturaraq qamətini düzəlt və rahat ol. Sonra bütün namazında bu şəkildə et”.”
İstinad
İbn Məcə, 1060 (İqamətus-salat, 258)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr