Namazlara başlamaq və onda olan sünnələr

Müsafir bir şəhərdə nə qədər qaldıqda namazlarını qısaldır?

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، وَعَبْدُ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَنَسٍ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ ، نُصَلِّي رَكْعَتَيْنِ رَكْعَتَيْنِ ، حَتَّى رَجَعْنَا. قُلْتُ : كَمْ أَقَامَ بِمَكَّةَ ؟ قَالَ : عَشْرًا.

“Yəhya ibn İshaq ﵀ rəvayət edir ki, Ənəs demişdir: “Biz Allah Elçisi ﷺ ilə Mədinədən Məkkəyə doğru səfərə çıxdıq və oradan qayıdana qədər namazları iki rükət olaraq qılırdıq”. Mən dedim: “Peyğəmbər ﷺ Məkkədə nə qədər qalmışdı?” Ənəs dedi: “On gün”.”

Yəhya ibn İshaq
Səhih

İstinad

İbn Məcə, 1077 (İqamətus-salat, 275)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr