Cümənin fərz (vacib) olunması
حَدَّثَنَا يَحْيَى بْنُ خَلَفٍ أَبُو سَلَمَةَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، عَنْ أَبِيهِ أَبِي أُمَامَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، قَالَ : كُنْتُ قَائِدَ أَبِي حِينَ ذَهَبَ بَصَرُهُ ، فَكُنْتُ إِذَا خَرَجْتُ به إِلَى الْجُمُعَةِ فَسَمِعَ الأَذَانَ اسْتَغْفَرَ لأَبِي أُمَامَةَ أَسْعَدَ بْنِ زُرَارَةَ ، وَدَعَا لَهُ ، فَمَكَثْتُ حِينًا أَسْمَعُ ذَلِكَ مِنْهُ ، ثُمَّ قُلْتُ فِي نَفْسِي : وَاللَّهِ إِنَّ ذَا لَعَجْزٌ ، إِنِّي أَسْمَعُهُ كُلَّمَا سَمِعَ أَذَانَ الْجُمُعَةِ يَسْتَغْفِرُ لأَبِي أُمَامَةَ وَيُصَلِّي عَلَيْهِ ، وَلاَ أَسْأَلُهُ عَنْ ذَلِكَ لِمَ هُوَ ؟ فَخَرَجْتُ بِهِ كَمَا كُنْتُ أَخْرُجُ بِهِ إِلَى الْجُمُعَةِ ، فَلَمَّا سَمِعَ الأَذَانَ اسْتَغْفَرَ كَمَا كَانَ يَفْعَلُ ، فَقُلْتُ لَهُ : يَا أَبَتَاهُ ، أَرَأَيْتَكَ صَلاَتَكَ عَلَى أَسْعَدَ بْنِ زُرَارَةَ , كُلَّمَا سَمِعْتَ النِّدَاءَ بِالْجُمُعَةِ لِمَ هُوَ ؟ قَالَ : أَيْ بُنَيَّ ، كَانَ أَوَّلَ مَنْ صَلَّى بِنَا صَلاَةَ الْجُمُعَةِ قَبْلَ مَقْدَمِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ مَكَّةَ ، فِي نَقِيعِ الْخَضِمَاتِ ، فِي هَزْمٍ مِنْ حَرَّةِ بَنِي بَيَاضَةَ ، قُلْتُ : كَمْ كُنْتُمْ يَوْمَئِذٍ ؟ قَالَ : أَرْبَعِينَ رَجُلاً.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Kəb ibn Malik ﵀ demişdir: “Atamın gözləri kor olduqda mən onu özümlə gətirirdim. Mən onu hər dəfə Cümə namazına gətirib azanı eşitdikdə Əbu Umamə Əsəd ibn Zurara üçün bağışlanma diləyirdi. Mən bunu hər dəfə eşitməyimə rəğmən səbəbini soruşmurdum. Öz-özümə dedim: “Vallahi, mənim bu haqda soruşmamağım bir acizlikdir. O, hər dəfə azanı eşitdikdə Əbu Umamə üçün bağışlanma diləyir və onun üçün dua edir, mən isə bunun səbəbini ondan soruşmuram”. Yenə də onu Cüməyə gətirdikdə azanı eşidən kimi həmişə etdiyi kimi Əbu Umamə üçün bağışlanma dilədi. Mən ona dedim: “Ey atam! Nəyə görə azanı eşidən kimi Əsəd ibn Zurara üçün dua edirsən?” O dedi: “Ey oğlum! Allah Elçisi ﷺ Məkkədən Mədinəyə gəlməzdən qabaq Nəqiil-Xadimət bölgəsində Bəni Bəyada məhəlləsinin “Həzm” deyilən yerində ilk Cümə namazını qıldıran o olmuşdur”. Mən dedim: “O gün Cümə namazında neçə nəfər idiniz?” O dedi: “Qırx kişi idik”.”
İstinad
İbn Məcə, 1082 (İqamətus-salat, 280)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr