Namazlara başlamaq və onda olan sünnələr

Cümə günü edilən qüsl haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنِ الأَوْزَاعِيِّ ، حَدَّثَنَا حَسَّانُ بْنُ عَطِيَّةَ , حَدَّثَنِي أَبُو الأَشْعَثِ , حَدَّثَنِي أَوْسُ بْنُ أَوْسٍ الثَّقَفِيُّ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ غَسَّلَ يَوْمَ الْجُمُعَةِ وَاغْتَسَلَ ، وَبَكَّرَ وَابْتَكَرَ ، وَمَشَى وَلَمْ يَرْكَبْ ، وَدَنَا مِنَ الإِمَامِ ، فَاسْتَمَعَ وَلَمْ يَلْغُ ، كَانَ لَهُ بِكُلِّ خَطْوَةٍ عَمَلُ سَنَةٍ ، أَجْرُ صِيَامِهَا وَقِيَامِهَا.

“Rəvayət edilir ki, Əus ibn Əus ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Cümə günü yuyunaraq qüsl alar, (Cüməyə) tezdən və miniksiz, piyada gedər, imama yaxın oturar, xütbəni dinləyər və heç bir boş işlə məşğul olmazsa, onun atdığı hər bir addıma görə ona bir ilin orucunun və gecə namazının savabı sayılar”.”

Əus ibn Əus
Səhih

İstinad

İbn Məcə, 1087 (İqamətus-salat, 285)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr